"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Valeh Abdullayev: “Seçicilərimiz müxtəlif bəhanələrlə vergidən yayınmaq istəyirlər”

--2016-08-15 / 16:28

“Ölkənin surətli inkşafında, əhalinin sosial rifahının yüksəlməsində, demokratiyanın genişlənməsində yerli özünüidarəetmə orqanları kimi bələdiyyələrin də rolu ilbə-il artmaqdadır. Bu gün bələdiyyə təsisatları inkişaf edərək ölkənin demokratik idarəetmə sistemində öz yerini tutmaqdadır. Bələdiyyələr yaranmış münbit şəraitdən faydalanaraq onlara qanunla verilmiş səlahiyyətlərdən daha səmərəli istifadə etməyə, ölkəmizdə gedən quruculuq işlərində dövlətin köməkçisi kimi yaxından iştirak etməyə çalışırlar”- bu fikirləri  Belediyye.infonun əməkdaşıyla söhbətində Zaqatala rayonu Muxax bələdiyyəsinin sədri Valeh Abdullayev deyib.

Bələdiyyənin fəaliyyətinə toxunan sədr bildirib ki, “bələdiyyələrin fəaliyyətinin şəffaflıq prinsipi əsasında qurulması əhalinin bizə inamını artıran əsas amillərdən biridir. Buna görə də biz öz fəaliyyətimiz haqqında əhaliyə mütəmadi məlumat veririk. Bununla yanaşı yığılan vəsaitin bələdiyyənin saxlanmasıyla yanaşı  qeyd edilən zəruri tədbirlərin həyata keçirilməsinə xərclənir.

Bu gün bələdiyyəmiz üçün vacib məsələ əhali tərəfindən atılan zibil tullantılarının təmizlənməsi və onun qarşısının alınması ilə bağlı əhali arasında maarfiləndirmə işlərinin aparılmasıdır. Muxax bələdiyyəsi ərazisində yerləşən yaşayış massivlərində yaşayan əhali tərəfindən atılan bərk məişət tullantılarından ərazinin təmizlənməsinə və daşınmasında sakinlərimiz köməklik göstərməlidirlər. Bu gün bələdiyyə işçilərinin köməyi ilə problemi aradan qaldırmaq mümkün deyildir.

Ancaq sakinlərimizin köməkliyi olarsa kəndimizi təmiz və səliqəli saxlanmasına rayonumuzda təmiz və abad kənd kimi tanınmasına nail ola bilərik.Yaddan cıxarmamalıyıq ki,kəndimizin təmiz sağlanılması bizim hər birimizin sağlamlığıdır.

Vətəndaşlardan xahişim ondan ibarətdir ki, hər birimiz öz həyətimizin yol kənarlarını təmiz saxlayaq,bərk məişət tulantılarını çaylağa atmayaq.

Görülən işlərə toxunan sədr bu layihələr sırasında Muxax Mədəniyyət istirahət parkı kimi tanınan istirahət yerini xüsusi ilə qeyd edib. Bununla yanaşı tərəfimizdən xüsusi texnika cəlb edilməklə bərk məişət tullantıları yığılaraq ətraf təmizlənmişdir hazırda ərazidə təmizlik abadlıq işləri davam etdirilməkdədir.

Vətəndaşların probleminin dinləməsini, onun həlli istiqamətində addımların atılmasını bələdiyyənin daim diqqət mərkəzində olduğunu bildirən sədr mütəmadi olaraq vətəndaşların inzibati idarə binasında qəbulun təşkil edildiyini və qaldırılan məsələlərin öz səlahiyyəti daxilində həll ediləcəyini və aidiyyatı təşkilat qarşısında qaldırılacağını qeyd edib.

Bələdiyyə sədri söhbətdə  digər bir məqama da toxunub. Onun sözlərinə görə, hazırda bələdiyyənin ərazisində özbaşına torpaq zəbtlərinin, qanunsuz tikililərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülür, bəzi hallarda tədbirlərin daha təsirli olması üçün zəruri olan bütün tədbirlər görülməsi nəzərdə tutulmuş və bələdiyyənin torpaq mütəxəssislərinə tapşırıqlar verilmişdir.

Çox xahiş edirik ki, vətəndaşlarımız torpaq məsələlərində zəbt edilmənin və qanunsuz tikililərin aparılmasına yol verməsinlər.

“Bələdiyyənin uğurları ilə yanaşı həm də ərazimizdə problemlərin mövcudluğu da istisna deyil”- bu fikri də bələdiyyə sədri Valeh Abdullayev bidirib.

ərazidə ən aktual problem, vergilərin ödənilməsi ilə bağlı əhali arasında maarifləndirilməsinin zəif təşkili və ərazidən yığılan vergilərin nəzərdə tutulandan az olması ilə bağlıdır. Bələdiyyə büdcəsinin, ancaq yerli vergi və ödənişlərdən formalaşdığını nəzərə alsaq, bunun bələdiyyə ücün ən aktual problem olduğunu görmüş olarıq.

Məhz bu məqsədlə bələdiyyə üzvləri və qulluqçuları daim əhali arasında maarifləndirmə işləri aparır və yerli vergilərin bələdiyyə büdcəsi üçün vacibliyini izah edirlər. Ancaq elə vergi ödəyişilərimiz vardır ki, müxtəlif bəhanələrlə vergidən yayınmaq istəyirlər.

Onlar başa düşməlidirlər ki, pay torpaqlarından istifadə edib etməməsindən asılı olmayaraq az miqdarda olan torpaq vergilərini bələdiyyə büdcəsinə ödəməyə borcludurlar.

Cari ildəki fəaliyyətə toxunan sədr bildirdi ki, əhalinin rahatlığının təmin olunması ilə bağlı atılacaq növbəti əsas addımlardan biri bələdiyyə ərazisində olan məhəllədaxili yolların təmir olunması ilə bağlıdır.

Həmçinin, kənd daxilində sıradan çıxmış və təmirə ehtiyacı olan su xətlərinin cari təmiri də yaxın vaxtlarda görüləcək işlər siyahısına daxil edilməklə Zaqatala SU -Kanal idarəsi rəhbərliyi ilə danışıqlar aparılmışdır.

Belediyye.info

ŞƏRHLƏR